Taksi sürücüsü diplomatı və arvadını döydü
    • 5-12-2024, 02:29
    • 235

Taksi sürücüsü diplomatı və arvadını döydü

Mərakeşdə bir neçə taksi sürücüsü rus diplomatı və onun həyat yoldaşını otelin yaxınlığında döyüb.

 Bu barədə Mash Telegram kanalına istinadən  xəbər verir.

Hücum Kasablanka şəhərində baş verib. Otelin yaxınlığında dayanan taksi sürücüləri ruslara öz xidmətlərini təklif ediblər.Onlar bu xidmətdən imtina etdikdən sonra mübahisə yaşanıb.

Otel işçiləri rus diplomatları hücum edənlərin əlindən qurtarıblar.Hadisə yerinə polis əməkdaşları və təcili yardım həkimləri gəlib. Zərərçəkənlər özəl klinikalardan birinə yerləşdirilib. Hücum edənlər tapılaraq saxlanılıb.//Oxu24.com