-
- 25-06-2023, 15:30
- 241
Dövlət Xidməti buna görə yol idarəsini məhkəməyə verdi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Quba rayonunun Amsar kəndində fəaliyyət göstərən “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi” MMC-yə məxsus asfalt-beton zavodunda təmizləyici qurğu quraşdırılmadığından havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.
Bu barədə News24.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı akt tərtib edilib, zavodun hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Quba rayon Məhkəməsinə göndərilib.
Zavodda təmizləyici qurğunun quraşdırılması və nöqsanların aradan qaldırılması üçün asfalt-beton zavodun rəhbəri Hikmət Seyidova məcburi göstəriş verilib.