-
- 25-06-2023, 20:30
- 378
Hacı Nurandan paylaşım: “Hacı Madərin ayağı sındı”
Milli Məclisin deputatı Hacı Madər Ələsgər oğlu Musayevin ayağı sınıb.
Bu barədə Hacı Nuran Hüseynov Facebook səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, insanlıq halıdır, hər kəs xəstələnə, hansısa gözlənilməz hadisə ilə üzləşə bilər:
“Bu gün aldığım xəbər də çox üzücü oldu. Gözəl insan, illərin dostu, böyük xeyriyyəçi, Milli Məclisin deputatı Hacı Madər Ələsgər oğlu Musayev ayağını sındırıb. Təcili əməliyyat olunan deputat hazırda palataya köçürülüb”.
Hacı Nuran deputatın vəziyyətinin normal olduğunu deyib:
“Mən Madər Musayevi illərdir tanıyıram. Heç bir xəstəliyə boyun əyməyən çox həyat dolu insandır. Olduğu bütün məclislərdə müdrik söhbətləri, ağıllı məsləhətləri ilə hər kəsin sevgisini qazanıb. Böyük nəslin ağsaqqalı kimi hər kəsin yanında xüsusi rəğbətə sahibdir. Təkcə doğmaları, dostları, əzizləri yanında deyil, seçiciləri yanında da xətri əzizdir. Madər Musayevi həmişə sağlam, gümrah görməyə alışmışıq. O səbəbdən də ona xəstəlik çarpayısı heç yaraşmır. Əziz Madər müəllimə cansağlığı arzu edirəm, tez sağalsın, necə deyərlər yastığı yüngül olsun"./bizim.media/