Şagirdlərin nəzərinə
    • 26-02-2019, 14:46
    • 883

Şagirdlərin nəzərinə

Martın 3-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. 

News24.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər DİM-in saytından istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər. Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.