Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 150-yə çatıb
    • 29-06-2023, 12:40
    • 224

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 150-yə çatıb

Parisdə baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 150-yə çatıb.

News24.az​​​ BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Geral Darmanin bildirib.

Daxili işlər nazirinin sözlərinə görə, ölkə daxilində ən azı 150 nəfər həbs edilib, bir neçə ictimai bina yandırılıb və ya hücum edilib.

Fransa prezidenti vəziyyətlə əlaqədar bu gün səhər böhran iclası çağırıb.

İclasda Makron dövlət qurumlarına edilən hücumları pisləyib.