Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
    • 30-06-2023, 16:49
    • 208

Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə ​News24.az​​​-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 095, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 475, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 289 təşkil edir.