Bakı-Qazax yolunda hərəkət çətinləşib - YENİLƏNİB
    • 1-07-2023, 00:05
    • 244

Bakı-Qazax yolunda hərəkət çətinləşib - YENİLƏNİB

Goranboyda baş verəb selin fəsadları ilə bağlı adiyyatı qurumlar kəndlərə cəlb olunub.

Goranboy rayon icra hakimiyyətinin başçısı yanında fövqəladə hallar komsiyasının sədri Seymur Nəzərov və icra hakimiyyətinin digər məsul şəxsləri rayonun Azad kəndinə baş çəkiblər.

Hazırda sözügedən kəndə gələn sel suyunun qarşınısının alınması üçün ağır texnika və canlı qüvvə cəlb olunub.

Komssiya tərəfindən kənddəki ziyan dəymiş evlərə baxış keçirilir,dəymiş ziyanın hesablamasına başlanılıb.

***

Saat 22:28

Goranboyda sel fəsadlar törədib.


Bu gün yağan güclü yağışdan sonra axşam saatlarında rayonun Nizami, Dəyirmanlar, Azad kəndlərindən sel keçib.

Sel Bakı-Qazax yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb./APA