-
- 26-02-2019, 20:51
- 773
3 yaşında oğurlanan uşaq 31 il sonra ailəsinə qovuşdu
Çində kişi doğma ailəsini 31 il sonra tapıb. Onu 1988-ci ildə yaşadığı ərazidə oğurlamışdılar.
Çenya Syuepina oğurlananda 3 yaşında imiş. Quyçjou vilayətində tikintidə işləyən valideynləri onu nə qədər axtarsalar da, tapa bilməmişdilər. Onlar bütün pullarını axtarışa sərf etmişdilər. Çenyanın valideynləri bir məsələdə lap ağıllı davranıblar. Onlar ilk imknadaca DNT analizlərini polisə veriblər. Məhz bu analiz Çenya ilə qovuşmağa kömək edib.
Syuepina bu müddətdə Hebey vilayətində yaşayıb. Onun adını da dəyişiblər, Tsin Yuytsze ediblər. Çenya bir az ağlı kəsəndən sonra valideyn saydığı adamlara oxşamadığını anlayıb. Onlar hətta sözləri də fərqli deyirmiş.
Hər şeyə təsadüf nəticəsində aydınlıq gəlib. Syuepina keçən il işə düzəlmək üçün DNT analiz təqdim edib, beləcə, polis oxşarlıqdan xəbər tutub. Fevralın əvvəllərində bir daha analiz keçirilib. Bundan sonra Çenyanın valideynləri ilə görüşü təşkil olunub.
Sosial şəbəkələrdəki videoda görüşün necə emosional alınması görünür. Valideynləri onu möhkəm bağrına basaraq, uzun müddət ağlayırlar.
//Bizimyolİnfo