-
- 1-07-2023, 11:56
- 346
Sel fəlakətindən sonra İsmayıllıda vəziyyət necədir? - AÇIQLAMA
Ötən gün gələn sel İsmayıllı rayonunun Cülyan kəndinə ciddi ziyan vurub. Sel suları İsmayıllıda Lahıc yolunu dağıdıb və qəsəbənin İsmayıllı rayonu ilə əlaqəsi kə
Sel suları ilə bağlı sosial şəbəkələrdə müxtəlif videolar paylaşılıb. Hazırda İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub.Vətəndaşlar sel sularının ətrafdakı istirahət mərkəzlərinə, nəqliyyat vasitələrinə və çay kənarındakı yaşayış evlərinə ziyan vurduqlarını yazıblar.
Sel sularının İsmayıllı rayonuna, xüsusilə Cülyan kəndinə vurduğu zərərlə bağlı dəqiq məlumat əldə etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Namiq Kərimov məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün yağan güclü yağışlar rayonun bir sıra kəndlərində müxtəlif fəsadlara yaradıb:
“Çayda suyun səviyyəsinin artması nəticəsində gələn sel suları Cülyan kəndində də fəsadlar törədib. Kənddə Bakıdan istirahət üçün gələn sakinin “Mercedes” markalı nəqliyyat vasitəsini sel aparıb. Maşında elə ciddi ziyan olmayıb, su olduğu yerdən 200 metr irəliyə aparıb. Eləcə də bir sıra su xətlərində problem yaranıb. Kəskin hava şəraiti ilə bağlı ötən gün heç bir addım atmaq mümkün deyildi. Hazırda yaranmış problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Cülyanla yanaşı, Köhnədaxar kəndində də yolda problemlər olmuşdu. Artıq ərazidə çalışan texnikalar nəqliyyatın hərəkətində yaranmış maneələri tam aradan qaldırıb. Başqa ərazilərdə hər şey qaydasındadır”.