Naxçıvanda kafedə dava olub, xəsarət alan var
    • 3-07-2023, 10:17
    • 189

Naxçıvanda kafedə dava olub, xəsarət alan var

Naxçıvanda kafelerin birində baş verən dava nəticəsində bir nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə dünən gecə qeydə alınıb. Kafedə iki şəxsin mübahisəsi dava ilə nəticələnib. Hadisə zamanı Babək rayon Məzrə kənd sakini, 1982-ci il təvəllüdlü Allahverdiyev Nicat Yusif oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsində yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.