Son sutkada 2 nəfər COVID-19-a yoluxub
    • 3-07-2023, 22:02
    • 237

Son sutkada 2 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ​News24.az​​​-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 950 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 7 nəfərdir.

Ölkədə son sutka ərzində 365, hazırkı dövrədək isə 7 644 849 test aparılıb.