İran Xəzərdəki gəmisinə hipersəs raketi yerləşdirir
    • 3-07-2023, 23:44
    • 233

İran Xəzərdəki gəmisinə hipersəs raketi yerləşdirir

Yaxın günlərdə Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizindəki şimal donanmasına qoşulacaq “Dəmavənd-2” esminesi hipersəs, müdafiə və hücum raketləri ilə təchiz olunacaq.

News24.az​​​ xəbər verir ki, bu sözləri İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani deyib.

O bildirib ki, “Dəmavənd 2” gəmisində quraşdırılmış bütün müdafiə avadanlığı tamamilə müasirdir. Gəmi bütün sahələrdə ən müasir avadanlıqlarla, o cümlədən ən son kəşfiyyat və döyüş sistemləri ilə təchiz olunub.