Səfərbərlik Xidmətinin şöbə rəisi saxlanıldı
    • 4-07-2023, 15:59
    • 539

Səfərbərlik Xidmətinin şöbə rəisi saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

News24.az xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, ətraflı məlumat veriləcək.