Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirdi, idarə rəisi saxlanıldı
    • 4-06-2022, 17:42
    • 469

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirdi, idarə rəisi saxlanıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

News24.az Report-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.

O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı, daha bir neçə vəzifəli şəxsin də saxlanıldığı qeyd olunur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azər Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.