Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı — Foto
    • 4-07-2023, 18:02
    • 247

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı — Foto

Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinin yük yerində siqaretlər aşkar edilib.

Bu barədə News24.az-a Dövlət Gömrük Komitəsindən məlumat veriib.

Bildirilib ki, Komitənin Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Mazımqara” gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitəsinə həyata keçirilən gömrük yoxlaması zamanı kinoloji xidməti it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verib.

Baxış zamanı, qoşqunun yük yerinin arasından döşəməyə dağınıq şəkildə yığılmış Azərbaycanın aksiz markası ilə markalanmayan 230 qutu “Marlboro touch gray” və 70 qutu “Parliament Night Blue” markalı, ümumilikdə 300 qutu siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.