Ölkəyə 3000 ədəd qanunsuz siqaret KEÇİRMƏK İSTƏDİ
    • 30-09-2019, 15:38
    • 674

Ölkəyə 3000 ədəd qanunsuz siqaret KEÇİRMƏK İSTƏDİ

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21144" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə "Buran" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin salonunda və yük yerində 1000 ədəd "Marlboro" və 2000 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb.