İstanbulda GÜCLÜ PARTLAYIŞ: Yaralılar var
    • 4-07-2023, 18:57
    • 264

İstanbulda GÜCLÜ PARTLAYIŞ: Yaralılar var

İstanbulun Çekmeköy səmtində binada güclü partlayış baş verib.

News24.az xəbər verir ki, dördmərtəbəli binada yerləşən mənzildə baş verən partlayışın təbii qazdan qaynaqlandığı bildirilib.

İlkin məlumata görə, partlayış zamanı 3 nəfər xəsarət alıb.

Partlayışdan sonra güclü yanğın baş verib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Bildirilir ki, partlayışın baş verdiyi mənzildə əcnəbi bir qadın yaşayıb.