Zəvvarların ilk qrupu Vətənə qayıtdı
    • 5-07-2023, 14:59
    • 175

Zəvvarların ilk qrupu Vətənə qayıtdı

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

News24.az xəbər verir ki, onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Zəvvarların qayıdışı iyulun 11-dək davam edəcək.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.