Bu gün  zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür
    • 2-07-2022, 10:43
    • 370

Bu gün zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür

Bu gün Azərbaycandan zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür.

News24.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, qrupa 147 zəvvar daxildir. Bundan əvvəl isə 3 qrup Həcc ziyarətinə yola düşüb.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib.

Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşür, iyulun 19-20-si isə geri dönəcəklər.