“Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək”
    • 5-07-2023, 16:44
    • 276

“Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək”

“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”.

News24.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir vurğulayıb./report/