Abdullahiyan: “Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinəyik”
    • 20-10-2022, 21:20
    • 477

Abdullahiyan: “Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinəyik”

“Biz Ermənistanın təhlükəsizliyinə İranın və regionun təhlükəsizliyi kimi baxırıq”.

News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı bildirib.

“Səfər zamanı İranın Qafandakı Baş konsulluğunun yenidən açılmasının şahidi olacağıq. Bu, İran və Ermənistan arasında tarixi əlaqələrin dərinləşməsinin daha bir göstəricisidir. İran Qafqazda hər hansı geosiyasi sərhəd dəyişikliyinə qarşıdır. Biz regionda, o cümlədən Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinəyik", - deyə ranın xarici işlər naziri bildirib.