Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olundu
    • 5-07-2023, 19:55
    • 268

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olundu

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

News24.az​​​-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.

Dövlət Komitəsindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.

Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.

Ailəlidir, bir övladı var.