Bakı sakini ürəyindən bıçaqlandı
    • 6-07-2023, 10:26
    • 190

Bakı sakini ürəyindən bıçaqlandı

Bakıda dava zamanı bir nəfər ölümcül xəsarət alıb.

News24.az DİN-ə istinadla xəbər verir ki, hadisə münaqişə zəmnində baş verib.

Dava zamanı 1990-cu il təvəllüdlü Kənan Qurbanzadə ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.