Azərbaycan idmanına AĞIR İTKİ
    • 6-07-2023, 13:20
    • 225

Azərbaycan idmanına AĞIR İTKİ

Azərbaycanın əməkdar güləş məşqçisi Tariyel Nəsibov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qazaxda yunan-Roma güləşinin inkişafında böyük pay sahibi olmuş mütəxəssis 73 yaşında dünyasını dəyişib.

Nəsibov dünya və Avropa çempionu Həsən Əliyevin ilk məşqçisi olub.