Azərbaycanın əməkdar məşqçisi vəfat etdi
    • 7-07-2022, 13:41
    • 514

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Sərbəst güləş idman növü üzrə SSRİ idman ustası, Respublikanın əməkdar məşqçisi Yusifov Yusif İsmayıl oğlu vəfat edib.

News24.az-ın məlumatına görə, uzun sürən ağır xəstəlikdən əziyyət çəkən məşqçi ömrünün 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Yusif Yusifov ömrünün böyük hissəsini Ağstafa güləş məktəbinin və eyni zamanda Azərbaycan güləşinin inkişafına həsr edib.