“Qəbələ” polşalı qapıçı ilə danışıqlara başladı
    • 6-07-2023, 17:05
    • 117

“Qəbələ” polşalı qapıçı ilə danışıqlara başladı

Konfrans Liqasına hazırlaşan "Qəbələ" heyətinə qapıçı cəlb etməyi planlaşdırır.

News24.az saytının məlumatına görə, bölgə təmsilçisi Karol Niemçikin xidmətində maraqlıdır.

“Qırmızı-qaralar” ötən mövsüm "Krakoviya"nın qapısını qorumuş 24 yaşlı çərçivə qoruyucusunu transfer etmək istəyir. Karol karyerası ərzində “Breda”da da forma geyinib.

Polşanın U-20 və U-21 millilərində oynamış futbolçu ilə danışıqlara start verilib. “Qəbələ” transferi yaxın müddətdə gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, Karol ötən mövsüm Polşa çempionatında 31 oyun keçirib./apasport/