"Qəbələ" klubu ilk transferini gerçəkləşdirib
    • 24-06-2023, 00:50
    • 275

"Qəbələ" klubu ilk transferini gerçəkləşdirib

"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

News24.az xəbər verir ki, "qırmızı-qaralar" Ahmed Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Nigeriyalı oyunçu ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz"in formasını geyinib. "Zirə"də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed Ayzaya karyerası ərzində Portuqaliyalının "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim" və "Sportinq Kovilya" klublarında da çıxış edib.