NATO Baş katibi Türkiyə və İsveç liderləri ilə danışıq aparacaq
    • 6-07-2023, 19:25
    • 300

NATO Baş katibi Türkiyə və İsveç liderləri ilə danışıq aparacaq

İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Ulf Kristersson arasında NATO Baş katibi Yens Stoltenberqin iştirakı ilə görüş keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə Yens Stoltenberq keçirdiyi mətbuat konfransında bildirib.

O, İsveçin təşkilata üzvlüyünün ratifikasiya edilməsindən sonra da Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyini deyib: “İsveçin üzvlüyünün ratifikasiyası Türkiyə ilə əməkdaşlığın başa çatması anlamına gəlmir. Finlandiyanın hazırkı iştirakı bunu göstərir. Bazar ertəsi günü bu prosesin növbəti addımı kimi mən Prezident Ərdoğanla və Baş nazir Ulf Kristerssonun görüşünü çağıracam”, - Stoltenberq deyib.