NATO-nun baş katibi tezliklə Türkiyəyə səfər edəcək
    • 26-10-2022, 23:14
    • 529

NATO-nun baş katibi tezliklə Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə ilə İsveç arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O əlavə edib ki, tezliklə Türkiyəyə səfər edəcək və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Y.Stoltenberq Rumıniyanın baş naziri Nikolae Çuka ilə NATO-nun mənzil-qərargahında keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında günün aktual mövzularına toxunub.

NATO-nun baş katibi qeyd edib ki, təşkilat müharibənin nə qədər davam etməsindən asılı olmayaraq, Ukraynanı dəstəkləyəcək.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sualı cavablandıran Y.Stoltenberq deyib: “İsveç və Türkiyənin birgə memorandumu həyata keçirmək üçün birgə çalışmasını alqışlayıram”.

İsveçin baş naziri Ulf Kristerssonun detalları müzakirə etmək üçün R.T.Ərdoğanla görüşəcəyini xatırladan baş katib əlavə edib: "Mən təzliklə Türkiyəyə gedəcəyəm və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyəm".
Y.Stoltenberq bütün NATO ölkələrinin parlamentlərinin Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləyəcəyinə əminliyini ifadə edib.