SEPAH körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib
    • 7-07-2023, 00:10
    • 236

SEPAH körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH ) körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib.

News24.az​​​ xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Tim Havkins bildirib.

“Gəminin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu ehtimalı var”,- sözçü qeyd edib.

O ABŞ HDQ-nin vəziyyəti izlədiyini və əlavə cavab verməmək qərarına gəldiyini bildirib.

Xatırladaq ki, ABŞ HDQ dünən bəyanat yayaraq İranın Körfəzdə iki neft tankerini ələ keçirməyə cəhd etdiyini bildirib.