SEPAH Panamanın neft tankerini ƏLƏ KEÇİRDİ
    • 3-05-2023, 13:40
    • 231

SEPAH Panamanın neft tankerini ƏLƏ KEÇİRDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Panama bayrağı altında hərəkər edən neft tankerini ələ keçirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması məlumat yayıb. 

"Mayın 3-də yerli vaxtla təxminən səhər saat 6:20-də Panama bayrağı altında üzən "Niovi" neft tankeri Hörmüz boğazından keçərkən İran İnqilab Keşikçiləri Korpusu tərəfindən qaçırılıb" - deyə açıqlamada qeyd edilib. 

Qeyd edilib ki, tanker Dubay limanını tərk edərək BƏƏ-nin Əl-Füceyrə şəhərinin limanına doğru hərəkət edib. Daha sonra bir neçə SEPAH gəmisi onu mühasirəyə alaraq, Bəndər Abbas limanı yaxınlığında İranın ərazi suları istiqamətində kursu dəyişməyə məcbur edilib.