-
- 27-02-2019, 18:19
- 1 578
Rəqs kollektivlərinin III Respublika müsabiqəsi keçirilir
Rəqs kollektivlərinin III Respublika müsabiqəsi keçirilir.
News24.az xəbər verir ki, respublikada rəqs sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsi, müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2019-cu ilin mart-aprel aylarında respublikada fəaliyyət göstərən uşaq incəsənət məktəbləri, Mədəniyyət mərkəzləri (evləri) və digər müəssisələrin rəqs kollektivlərinin III respublika müsabiqəsini keçirir.
Müsabiqə Mədəniyyət Nazirliyinin təsdiq etdiyi smeta və Regional Mədəniyyət İdarələrinin bu məqsədlərə ayırdığı maliyyə vəsaiti hesabına maliyyələşdirilir.
Nazirliyin tabeliyində olan müəssisələrin rəqs kollektivlərinin müsabiqədə iştirakı ilə bağlı təşkilatı məsələlərinin həlli və ezamiyyə xərclərinin ödənilməsi müvafiq Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilir.
Münsiflər heyətinin qərarına əsasən müsabiqə qaliblərinə və fərqlənən kollektivlərə Nazirlik tərəfindən təsis edilmiş pul mükafatları, müvafiq diplom və fəxri fərmanlar verilir.