Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində mayın 15-də Asiya mədəniyyət karnavalının açılışı olub.

Pekindəki məşhur “Quş yuvası” stadionunda keçirilən tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məluata görə, karnavalda yerli incəsənət ustaları ilə yanaşı, Asiyanın bir neçə ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan və digər dövlətlərdən mahnı və rəqs qrupları, musiqiçilər çıxış ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri “Mənim Azərbaycanım” kompozisiyasını təqdim ediblər.
Mayın 22-dək davam edəcək karnaval Asiya xalqları arasında mədəni mübadilənin təşviqi məqsədini daşıyır.

Fotolar

Teglər: Karnaval Mədəniyyət Azərbaycan Asiya