İranda daha bir məhbus edam edildi
    • 8-07-2023, 00:15
    • 232

İranda daha bir məhbus edam edildi

İranda daha bir məhbus edam olunub.

Bu barədə İranda İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, Musa Həkimi barəsində hökm bu səhər Qum şəhərinin Mərkəzi Həbsxanasında icra olunub.

Belə ki, Musa Həkimi şirkətlərdən birində təmizlikçi işləyirmiş və iki il öncə narkotik maddə daşıdığı üçün həbs edilibmiş.

Xatırladaq ki, təşkilatın hesabatına görə, İranda son 6 ay ərzində 354 nəfər edam olunub. /Axar.az/