Britaniya Azərbaycana ilk dəfə attaşe - TƏYİN ETDİ

Britaniya Azərbaycana ilk dəfə attaşe - TƏYİN ETDİ Siyasət

Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.

Bu barədə News24.az-a Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Bu vəzifəyə Gevin Tarbard təyin edilib.

"Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - diplomatik nümayəndəlikdən bildirilib.