"Sumqayıt" "Şamaxı"dan ayrılan hücumçunu transfer edib
    • 9-07-2023, 10:38
    • 115

"Sumqayıt" "Şamaxı"dan ayrılan hücumçunu transfer edib

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini reallaşdırıb.

News24.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, komanda son mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Qəbələ” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.