"Zirə" klubu 3 futbolçusu ilə müqaviləni uzadıb
    • 23-06-2023, 19:00
    • 202

"Zirə" klubu 3 futbolçusu ilə müqaviləni uzadıb

"Zirə" klubu 3 futbolçu ilə müqavilə müddətini artırıb.

Paytaxt təmsilçisindən News24.az-a verilən məlumata görə, son 3 mövsümü icarə əsasında bu komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik sözləşmə imzalanılıb

Həmçinin, ötən mövsüm "Zirə"də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. "Qarabağ"a məxsus hücumçu növbəti mövsümün sonuna qədər "qartallar"ın formasını geyinəcək.