Milli qəhrəmanın ogluna bankda yüksək vəzifə verildi

Milli qəhrəmanın ogluna bankda yüksək vəzifə verildi İqtisadiyyat
“AtaBank” ASC-nin rəhbərliyində yeni təyinat olub.

Oruc İbrahimov bankın yeni yaradılmış Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə News24.az-a Oruc İbrahimov özü məlumat verib.  Qeyd edək ki, O. İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib.    

Xatirladaq ki, O. İbrahimov Qarabağ müharibəsi zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.

Nigar MƏMMƏDLİ