Mustafa Babanlı kriminal mahnıya görə işdən azad edilib? - Deputatdan AÇIQLAMA
    • 10-07-2023, 17:21
    • 821

Mustafa Babanlı kriminal mahnıya görə işdən azad edilib? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev öz feysbuk hesabında Prezidentin sərəncamını dəstəkləyib.

"Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı vəzifəsindən azad olunub. Təşəkkürlər, cənab Prezident! Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilir və tələbələr də hamısı bir ağızdan bunu oxuyub oynayırlarsa, bu əyləncə deyil, təhlükədir. 

Gənc nəsilə universitetlərdə təhsil verməklə yanaşı həm də, onların tənqidi təfəkkürü inkişaf etdirilməli, onlar yüksək davranışları ilə də seçilməlidirlər. AZİ-də baş verən bu rüsvayçı hadisə göstərdi ki, tələbələr birgə ifa etdikləri bu mahnını elə auditoriyalarda da oxuyurmuşlar. Bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa biilməz. Mən bu ali məktəbin yanından keçəndə tələbə davranışlarından dəhşətə gəlirdim. Bu da nəticə. Baş qarışıb pul silməyə, qohumbazlıq, dostbazlıqla məşğul olmağa, universitetin deqradasiyası bu tip rektorun heç vecinə də deyil. Z nəslindən ZEK nəslinə keçiddir bu! Xudayar təsnifini nə tez unutduq!" - deyə deputat qeyd edib.