Cozef Bayden NATO sammiti üçün Litvaya gəldi
    • 10-07-2023, 21:24
    • 147

Cozef Bayden NATO sammiti üçün Litvaya gəldi

ABŞ Prezidenti Cozef Bayden NATO sammitində iştirak etmək üçün Litvaya gəlib.

News24.az​​​ TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ liderinin “Boeing” təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına enib.

Litva Prezidenti Gitanas Nauseda ilə ikitərəfli danışıqları sabaha planlaşdırılıb.

Sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanında 100-dən çox müntəzəm reys ləğv ediləcək. Paytaxtdan 30 km radiusda istənilən uçuşlar qadağandır. İyulun 7-dən 13-dək Litva ərazisi üzərində kiçik təyyarələrin, pilotsuz nəqliyyat vasitələrinin və isti hava balonlarının uçuşu da təxirə salınıb.