Almaniya Ordusunun 240 texnikası təlim üçün Litvaya gəlib
    • 28-02-2023, 00:15
    • 162

Almaniya Ordusunun 240 texnikası təlim üçün Litvaya gəlib

Bundesverin (Almaniya Ordusu) 240 hərbi texnikası olan bölməsi təlimlər üçün Litvaya gəlib.

News24.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Litva Ordusunun komandanlığı məlumat yayıb.

“Bundesverin 41-ci mexanikləşdirilmiş piyada briqadasının 600-ə yaxın hərbçisi Litva hərbçiləri ilə birgə təlimlər keçirmək üçün bu ölkəyə ezam olunub”, - məlumatda deyilir.

240-a yaxın hərbi texnika Litvaya Polşadan keçərək gəlib.