Goranboy və Sabirabad DYP-yə yeni rəislər təyin edilib
    • 10-07-2023, 22:36
    • 323

Goranboy və Sabirabad DYP-yə yeni rəislər təyin edilib

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

News24.az​​​-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu təyin edilib.

O, bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi, mayor Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.