-
- Bu gün, 12:41
- 1 761
Xalq artistinə xərçəng diaqnozu qoyuldu - ÜMİD YOXDUR
Rusiyanın Xalq artisti Aleksandr Buynova xərçəngin son mərhələsinə görə palliativ status verilib.
News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barəsə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Həkimlər sənətçinin səhhətində yaxşılığa doğru irəliləyişlə bağlı artıq heç bir imkan görmürlər.
Buynov prostat xərçəngindən əziyyət çəkir. Vəziyyəti pisləşdiyi üçün o, Moskva xəstəxanasına yerləşdirilib. Musiqiçiyə "təcili yardım" üçün bütün lazımi müalicələr təyin edilib.
Sənətçiyə xəstəlik ilk dəfə 2000-ci illərdə aşkar edilib. Buynov 2011-ci ildə remissiyada olduğunu bildirib. Həkimlər musiqiçinin üzərində dəfələrlə əməliyyat keçirib, metastazları aradan qaldırıblar.