Bayden NATO sammiti çərçivəsində Zelenski və Ərdoğanla görüşəcək
    • 10-07-2023, 23:14
    • 253

Bayden NATO sammiti çərçivəsində Zelenski və Ərdoğanla görüşəcək

ABŞ Prezidenti Co Bayden NATO-nun Vilnüs sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək.

News24.az​​​ xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Baydenin danışıqlarının təfərrüatları açıqlanmayaıb.

Ağ Ev də prezidentin planlaşdırdığı ikitərəfli görüşlər barədə rəsmi məlumat verməyib.

Bayden və Ərdoğan artıq Vilnüsdədir.

"Bloomberg"in məlumatına görə, Zelenski iyulun 12-də sammitə gələcək.

NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək. Təşkilatın baş katibi Yens Stoltenberq bildirib ki, iclasda Ukraynaya çoxillik hərbi dəstək planı təsdiq olunacaq