-
- 11-07-2023, 16:13
- 277
Baş ağrıları: hansı hallarda təcili müayinəyə ehtiyac var?
"Başım ağrayır". Bu ifadəni söyləməyən insan az tapılar. Çünki baş ağrıları ən sıx rastlanan narahatlıqlardan biridir. Son zamanlar isə baş ağrılarından şikayətlənənlərin sayı çox artıb.
Bəs, bu ağrılar nədən yaranır və biz necə müalicə olunmalıyıq?
Nevroloq Qalib Əsədov mövzu haqqında News24.az-a danışıb. Bildirib ki, qırxa yaxın xəstəlik var ki, onların yalnız bir əlaməti var:
"Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənin, qaymoritin və ya yüksək arterial təzyiqin əlamətlərindən biri də baş ağrısı ola bilər.
Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur".
Nevroloq qeyd edib ki, əsasən "tez-tez təkrarlanan, qəfil başlayan, huşsuzluqla müşayət olunan baş ağrıları zamanı həkimə müraciət etmək mütləqdir.
Eləcə də, baş ağrısı ilə birlikdə ənsə nahiyəsində bərkimə hiss etdikdə, nəfəs darlığı, göz, qulaq, burun və ya boğaz ağrıları, yorğunluq, halsızlıq, danışmaqda çətinlik çəkmək və s. narahatlıqlar, yaddaşın zəifləməsi, hərarətin yüksəlməsi müşahidə edildikdə də həkimə dərhal müraciət olunmalıdır.
Ətraflarda iflicin yaranmasından sonra başlayan, ürəkbulanma ilə müşayət olunan, 50 yaşdan sonra meydana çıxan, hər baş travması ilə başlayaraq davam edən baş ağrıları da təcili müayinə və diaqnostika aparılması tələb edir.
Həkim onu da bildirib ki, baş ağrıları get-gedə şiddətlənib yüngülləşmirsə, qusma yaradırsa bu, ciddi xəstəliyin əlaməti ola bilər.
Nevroloq Qalib Əsədovun sözlərinə görə, bu əlamətlər zamanı ətraflı müayinələr aparılmalıdır:
"Təsadüfən meydana çıxan və təkrarlanmayan baş ağrıları zamanı istənilən ağrıkəsici dərmandan istifadə edə bilərsiniz. Dərmanın istifadə qaydasını ya aptekdən, ya da dərman qutusunda olan annotasiyadan öyrənmək mümkündür. Dərman qəbulu zamanı ehtiyatlı olmalısınız. Elə dərmanlar var ki, onlar mədəyə ziyan edə bilər və bu səbəbdən yeməkdən sonra qəbul edilməlidir.
Baş ağrılarının elə növləri var ki, təmiz havaya çıxmaq, alkoqol və ya nikotin qəbulunu azaltmaq kimi tədbirlərlə də aradan qaldırıla bilər.
Baş ağrılarının əsas səbəblərindən biri də sterssdir. Bu cür baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər".
Nərmin Murad