Novxanıda 46 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
    • 11-07-2023, 22:41
    • 316

Novxanıda 46 yaşlı kişi qətlə yetirilib, saxlanılan var

İyulun 11-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.