Biləcəridə 58 yaşlı kişi qətlə yetirildi
    • 10-05-2023, 22:18
    • 873

Biləcəridə 58 yaşlı kişi qətlə yetirildi

Mayın 10-da saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.