İspaniya NATO-nun şərq cinahında əlavə 950 hərbçi yerləşdirəcək
    • 12-07-2023, 22:00
    • 256

İspaniya NATO-nun şərq cinahında əlavə 950 hərbçi yerləşdirəcək

İspaniya hakimiyyəti NATO-nun şərq cinahına əlavə 950 hərbçi yerləşdirməyi planlaşdırır.

News24.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes NATO sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İspaniya Rumıniyada 250 əsgər, Slovakiyada isə 700 hərbçi yerləşdirəcək.

“Bu gün qəbul edilən bütün qərarlar sülhə nail olmaq, cəmiyyətlərimizi və həyat anlayışımızı qorumaq məqsədi daşıyır”.

“El Pais” qəzeti bildirib ki, İspaniya ordusunun NATO-nun şərq cinahında əlavə qüvvə yerləşdirilməsi 2024-cü ilə planlaşdırılıb.