Nura Suri Dənizkənarı Bulvar İdarəsindən şikayət etdi- VİDEO
    • 13-07-2023, 12:04
    • 661

Nura Suri Dənizkənarı Bulvar İdarəsindən şikayət etdi- VİDEO

Müğənni Nura Suri Dənizkənarı Parkda skuter sürənlərlə bağlı şikayət edib.

News24.az xəbər verir ki, müğənni bulvarda skuter sürülməsi qadağan olunsa da, onun kirayə verilməsinin davam etdiyini bildirib: 

”Dənizkənarı bulvarda rahat gəzmək mümkün deyil. Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq.Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstün kəsdirərlər. Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu plyajlardı, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də (anında “parkovşik” adıyla gəlib 2 manatınızı alırlar)
İnsanlara rahat yaşamaq üçün şərait yaradın, olmaz belə”.

Könül İbrahim