Bu mövzuda Azərbaycanı dəstəkləməyə davam edirik — Böyük Britaniya
    • 13-07-2023, 13:59
    • 246

Bu mövzuda Azərbaycanı dəstəkləməyə davam edirik — Böyük Britaniya

Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləməkdə davam edir.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniya səfirliyi tviter səhifəsində paylaşım edib.

“Britaniya Müdafiə Nazirliyinin nümayəndələri “Intelligence-Sec” şirkətinin Bakıda keçirdiyi minatəmizləmə fəaliyyəti və partlamamış hərbi sursatlardan müdafiə mövzusuna həsr olunmuş seminarda dəvət olunmuş məruzəçi qismində çıxış ediblər”, - paylaşımda deyilir.

Səfirlik həmçinin vurğulayıb ki, Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir.